“Yunayted Kredit Bank” ASC-nin ləğvedicisi dəyişib

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin kreditorlarının və borclularının diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.04.2017-ci il tarixli 2-1(81)-1494/2016 saylı qərarı ilə ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin ləğvedicisi “Azerbaijan International Legal Company” MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənib.

Ləğvedici müflis elan edilmiş Bank qarşısında borc öhdəliyi (kreditləri) olan fiziki və hüquqi şəxslərə bildirir ki, Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 72- ci maddəsinə uyğun olaraq bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Bundan başqa bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılsa da bankın aktivlərinə faizlərin və digər haqların hesablanması dayandırılmır.

Qeyd edək ki, ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-yə borcu olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır