Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yusif Poladov Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya üzv seçilib - BBN

Yusif Poladov Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya üzv seçilib

3 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. İctimai Şura üzvlüyünə 16 nəfərin namizədliyi qeydə alınıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə seçkilərlə bağlı yaradılmış seçki komissiyasının qərarı ilə İctimai Şuranın üzvlərinin sayı 11 nəfər müəyyən edilib.

Səsvermənin nəticəsinə əsasən Qırmızı Ürəklər Fondunun (“Red Hearts”)  prezidenti Yusif Poladov İctimai Şuranın İdarə Heyətinin üzvü seçilib.

O, 2013-2016-cı illərdə “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyi Aran Regional ofisinin rəhbəri, 2016-2019-cu illərdə Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunda (UNİCEF) məsləhətçi, regional koordinator, 2019-2021-ci illərdə Azərbaycan Gənclər Fondu tabeliyində Gənclərin İnkişaf və Karyera Mərkəzinin “Regionların İnkişafı Departamenti”nin koordinatoru vəzifəsində çalışıb.  O, 2021-ci ildə Kapital Bank komandasına daxili kommunikasiya üzrə ekspert, Qırmızı Ürəklər Fondunun vitse prezidenti olaraq qoşulub. 28 aprel 2024-cü il tarixində Qırmızı Ürəklər Fondunun prezidenti təyin edilib. Fond tərəfindən ekoloji mühitə töhfə vermək məqsədilə həyata keçirilən “Qəhrəmanlar Bağı”, “Batareyaları təhvil ver, təbiəti qoru”, “Sıfır Tullantı Həmrəylik Marafonu”  kimi bir çox layihələrə rəhbərlik edib.

Xatırladaq ki, ETNS yanında 2010-cu ildən fəaliyyət göstərən və vətəndaş cəmiyyəti təmsilçiləri üçün açıq olan İctimai Ekoloji Şura respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədilə yaradılıb.

 

Related posts

Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit

Mikayıl Cabbarov: 2027–2030 sosial-iqtisadi inkişaf Strategiyası üzrə işlər yekunlaşmaq üzrədir

Orxan Nəzərli: İqtisadi aktivlikdə artımın yarısı iqtisadiyyatın “ağarması” ilə bağlıdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı