“Zərifə Əliyeva” gəmi-bərəsinin təsviri əks olunmuş poçt markası hazırlanıb

Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın 100 illiyi münasibətilə onun adını daşıyan Ro-Pax tipli gəminin təsviri əks olunmuş poçt markası hazırlanıb.

Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) məlumat verilib.

Bildirilib ki, ASCO-nun təşəbbüsü ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin hazırladığı poçt markası Belarusun “Bobruisk İnterated Printing House” çap evində işıq üzü görüb.

Yüksək keyfiyyətlə çap olunmuş poçt markasının ölçüsü 52×37 millimetrdir. Markanın nominal dəyəri 1 manatdır.

Bu markanın dövriyyəyə buraxılması dənizçilərin görkəmli oftalmoloqa sonsuz ehtiramının bariz nümunəsi olmaqla yanaşı, dünyada filateliyaya marağın yenidən artdığı bir vaxtda əsl kolleksiyaçılar üçün də böyük töhfədir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı