07 mart 2024-cü il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfrans keçirilib.
Konfransda Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev ilə yanaşı, dövlət və hökumət nümayəndələri, Komissiyanın işçi qruplarının rəhbərləri və üzvləri, eləcə də özəl sektorun təmsilçiləri, şirkət rəhbərləri iştirak ediblər.
Konfransda Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi, dövlət-biznes dialoqu, biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun investisiya mühitinin yaxşılaşdırılmasına dəstəyi, maliyyə xidmətlərinin inkişafı, e-dövlət xidmətlərinin göstərilməsi və internet infrastrukturu üzrə islahatlar, ekoloji təhlükəsizlik, tikinti sektorunda islahatlar, daşınmaz əmlakla bağlı informasiya sisteminin yaradılması və digər mövzularda təqdimatlar edilib.
Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə yaradılıb. Komissiyanın yaradılmasında məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır.
ABA prezidentinin “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” adlı konfransdakı çıxışını təqdim edirik.