Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib - BBN

Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib

Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun tərkibinə daxil olan Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib.

Dövri yerdəyişmə planına əsasən “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasının üzvü Korcan Şahin öz vəzifəsini Kadir Kenan Severe təhvil verib. Kadir Kenan Sever T.C. Ziraat Bankasında Daxili Nəzarət və Risklərin İdarəedilməsi Departamentində və Bankın Audit Departamentində çalışıb və müfəttiş vəzifəsinədək yüksəlib.

Daha sonraki illərdə Pərakəndə Kreditlərinin Ayrılması və İdarə Olunması Departamentində müdir və Ziraat Bank Türkiyə filiallarında filial müdiri kimi çalışıb. 2025-ci ildə Pərakəndə Kreditlərin Ayrılması və İdarə Olunması – 1 departamentinin rəhbəri olaraq fəaliyyətini davam etdirib.

“Ziraat Bank Azərbaycan” ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı