Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı - BBN

Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı

Korporativ müştərilər üçün yeni imkanların yaradılmasını prioritet istiqamət kimi müəyyən edən Ziraat Bank Azərbaycan xarici ticarətlə məşğul olan sahibkarlara daha operativ və geniş spektrli bank xidmətləri təqdim etmək məqsədilə müxbir bank şəbəkəsini genişləndirib.

Dünyanın 20 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olan Ziraat Bank Azərbaycan, Çin Xalq Respublikasının aparıcı maliyyə institutlarından biri olan Bank of China-da Çin yuanı (CNY) valyutası üzrə müxbir hesab açıb.

Yeni müxbir hesab Çin ilə ticarət əlaqələri həyata keçirən hüquqi şəxslərin ehtiyacları nəzərə alınaraq yaradılıb. Bununla müştərilər ödənişlərini birbaşa yuan valyutası ilə həyata keçirə, əməliyyatlarını daha sürətli və rahat şəkildə icra edə biləcəklər.

Dünyanın aparıcı banklarında mövcud olan müxbir hesablar Ziraat Bank Azərbaycana müştərilərinə beynəlxalq əməliyyatlarda daha çevik və əhatəli xidmətlər təqdim etməyə imkan yaradır. Müxbir bank şəbəkəsinin genişliyi isə xarici ticarətlə məşğul olan müştərilərə keyfiyyətli və etibarlı bank xidmətlərinin göstərilməsinə əlavə şərait yaradır.

“Ziraat Bank Azərbaycan” ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Related posts

AccessBank dörd nominasiya üzrə qalib oldu!

I rübdə “Bakı Fond Birjası”nın dövriyyəsi 12 mlrd. manata yaxınlaşıb

AMB nin departament direktor müavini Elçin Güləliyev Mərkəzi Bankın qərarını “AzTV İqtisadiyyat”da şərh etdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı