Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ziraat Bank Azərbaycan ekoloji təşəbbüsə dəstək verdi - BBN

Ziraat Bank Azərbaycan ekoloji təşəbbüsə dəstək verdi

“Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”-una əsasən Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə başladılmış aksiyası çərçivəsində 25 Aprel tarixində Müşfiqabad qəsəbəsində genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub. Tədbirin məqsədi ekoloji tarazlığın qorunmasına, yaşıllıq sahələrinin artıtılmasına və gələcək nəsillərə daha sağlam bir mühitin ötürülməsinə dəstək vermək idi.

Aksiyada Ziraat Bank Azərbaycanın rəhbər heyəti və əməkdaşları da fəal iştirak ediblər. Bank nümayəndələri müəyyən olunmuş ərazidə əsasən eldar şamı və zeytun ağacları əkərək tədbirə öz töhfələrini veriblər. Əkilən ağaclar bölgənin ekosisteminin bərpasında və hava keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü şərəfinə başladılan aksiya 10 il ərzində 1 milyon ağac əkilməsini hədəfləyir.

Ətraf mühitin qorunmasına daim töhfə verən Ziraat Bank Azərbaycan, bu istiqamətdəki fəaliyyətlərini gələcəkdə də ardıcıl şəkildə davam etdirəcəyini bildirib.

“Ziraat Bank Azərbaycan” ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 10 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın  Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Related posts

Bankların biznes kreditləri üzrə təminatlılıq səviyyəsi məlum olub

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

AMB və “Visa” sərhədlərarası köçürmələrin təhlükəsizliyinin artırılmasını müzakirə ediblər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı