“Ziraat Bank Azərbaycan” özünüməşğulluq proqramı çərçivəsində müharibə iştirakçılarına dəstək oldu

“Ziraat Bank Azərbaycan” özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi üçün vətəndaşlara dəstək olmaqda davam edir.

Bu dəfə bank proqram çərçivəsində müharibə iştirakçılarını və müharibə iştirakçısının ailə üzvünü lazımi avadanlıqlarla təmin edərək, onlara şəxsi bizneslərini qurmağa yardımçı olub.

Bakı şəhəri sakini, müharibə iştirakçısı O.İsmayılov telefon təmiri, Xətai rayonu sakini, müharibə iştirakçısı S.İskəndərov kiçik fotoatelye, Göranboy rayonu sakini, müharibə iştirakçısının ailə üzvü F.Qəhrəmanov isə avtoçilingər avadanlıqları ilə təmin olunaraq öz ailələrini maddi cəhətdən təmin ediblər. Özünüməşğulluq proqramı “Ziraat Bank Azərbaycan” ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi arasında imzalanmış memorandumun icrası çərçivəsində həyata keçirilir. Proqramın əsas məqsədi aztəminatlı şəxslərin kiçik ailə bizneslərini qurmalarına və ya mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.

Qeyd edək ki, indiyədək “Ziraat Bank Azərbaycan” Bakı, Sumqayıt, Salyan, Mingəçevir, Ağdam, Qaradağ və s. bölgələrimizin sakinlərinə şəxsi bizneslərinin qurulmasında öz töhfəsini verərək dəstək olub.

“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Daha ətraflı məlumatı bankın feysbuk, instaqram, tviter, linkedin, yutub sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə etmək olar.

Related posts

Növbəti valyuta hərracı keçirilib

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı