Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ziraat Bank Azərbaycan “Qlobal Pul Həftəsi 2026” çərçivəsində maarifləndirici tədbir təşkil edib - BBN

Ziraat Bank Azərbaycan “Qlobal Pul Həftəsi 2026” çərçivəsində maarifləndirici tədbir təşkil edib

“Qlobal Pul Həftəsi 2026” çərçivəsində Ziraat Bank Azərbaycan tərəfindən təşkil olunan gənclərin maliyyə savadlılığının artırılmasına yönəlmiş maarifləndirici tədbir çərçivəsində Atatürk Liseyinin 7-ci sinif şagirdləri bankın ofisinə dəvət olunublar. Onlar üçün xüsusi təlim proqramı keçirilib. Təlim zamanı şagirdlərə pulun düzgün idarə olunması, qənaət vərdişləri, büdcə planlaması, maliyyə təhlükəsizliyi və gündəlik maliyyə qərarlarının əhəmiyyəti barədə ətraflı məlumat verilib.

2026-cı il üzrə “Qlobal Pul Həftəsi”nin əsas mövzusu olan “Puldan danışaq” (Smart Money Talks) çərçivəsində gənclərin maliyyə mövzularında açıq ünsiyyət qurmasının vacibliyi vurğulanıb. Təlim zamanı iştirakçılar maliyyə ilə bağlı suallar verməyə təşviq edilib, düzgün qərarvermə bacarıqlarının formalaşdırılması və gələcək maliyyə rifahının təmin olunması istiqamətində praktiki biliklər təqdim olunub.

Ziraat Bank Azərbaycan maliyyə savadlılığının artırılmasını sosial məsuliyyət istiqamətlərindən biri kimi prioritet hesab edir və bu kimi təşəbbüslərlə cəmiyyətin, xüsusilə də gənc nəslin maliyyə biliklərinin inkişafına dəstək göstərməyə davam edir.

“Ziraat Bank Azərbaycan” ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Related posts

Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirilib

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı