“Zolotaya Korona” pul köçürmə sistemi ölkədə pandemiya dövründə rəqəmsal ödənişlərin, o cümlədən pul köçürmə əməliyyatlarının inkişafı və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasətini dəstəkləyir.
Pul köçürmə sisteminin rəhbərliyinin qərarı əsasında Covid -19 qlobal pandemiyası səbəbilə vətəndaşların pul köçürmə əməliyyatlarının daha effektiv formada həyata keçirilməsi və bankların fəaliyyətinin dəstəklənməsi məqsədilə yeni təşviqat layihəsinə, əməliyyatlar üzrə xüsusi tariflərin tətbiqinə başlanılmışdır.
Belə ki, cari ilin 1 iyun tarixindən etibarən 31 avqust tarixinədək ölkəmizdən Rusiya Federasiyasına “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsilə həyata keçirilən pul köçürmələri üzrə xidmət haqqı köçürmənin məbləğindən asılı olmayaraq 0,5% təşkil edəcəkdir. Qeyd edilməlidir ki, bu xidmət haqları əvvəl 0,9% təşkil edirdi.
“Zolotaya Korona” pul köçürmə sistemi ölkədə rəqəmsal ödəniş həllərinin tətbiqinin gneişləndirilməsi, pul köçürmələrinin təşviqi, habelə maliyyə savadlılığının yüksəldilməsi istiqamətində aktiv fəaliyyətini davam etdirir.