“Zolotoya Korona” vasitəsilə Ermənistana pul köçürmələri dayandırılıb

Rusiyanın qeyri-bank kredit təşkilatı “Платежный Центр” (“Ödəniş Mərkəzi” ) MMC “Zolotoya Korona” vasitəsilə Ermənistana pul köçürmələrini dayandırıb.

MMC-nin saytında yerləşdirilən xəbərə əsasən, müştərilərə müraciətdə bildirilir ki, qeyri-bank kredit təşkilatı sentyabrın 7-dən “Zolotoya Korona” vasitəsilə Ermənistana və əks istiqamətdə pul köçürmələrini dayandırıb.

“”Ödəniş Mərkəzi” əməkdaşlıq üçün sizə təşəkkür edir və bəyan edir ki, daxili qərarla əlaqədar sentyabrın 7-dən Ermənistana pul köçürmələri üçün ödənişin qəbulu və köçürmənin icrası xidmətini dayandırır”, – deyə müraciətdə qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır