Əfsanəvi investor Warren Buffet-dən Tayvan şirkətindən 4 milyard dollar dəyərində gözlənilməz alış

Çərşənbə axşamı çip istehsal edən şirkətlərin səhmlərinin dəyəri amerikalı milyarder Warren Buffet-in Berkshire Hathaway şirkətinin Tayvanın nəhəng yarımkeçirici istehsalçısı TSMC-dən 4 milyard dəyərində (60 milyon) səhm almasından sonra artıb. Alış ilə bağlı məlumatı isə bazar ertəsi günü təsdiq ediblər. 

BBN.az DW Business-ə istinadən bildirir ki, bu xəbərdən sonra TSMC-nin səhmlərinin dəyəri 10%-dən çox artıb. 

Ekspertlər isə bildirirlər ki, milyarder tərəfindən belə bir alış əslində əfsanəvi investor Warren Buffet-in tərzinə uyğun deyil.

Qeyd edək ki, TSMC 2022-ci ilin sentyabrında başa çatan III rübündə Tayvanın ən dəyərli şirkətlərindən biri olub. TSMC 1987-ci ildə Tayvanlı milyarder Morris Chang tərəfindən yaradılıb və çip istehsalı biznesi ilə məşğul olur. 

Related posts

AccessBank-dan Apple Pay istifadəçilərinə sərfəli keşbek kampaniyası!

Özbəkistanda keçirilən “İKT həftəsi”ndə SİMA haqqında məlumat verilib

Telegram-ın məxfilik siyasətində dəyişiklik edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı