“Əmək hüquqları” adlı növbəti təlim proqramına start verilib

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Əmək hüquqları” adlı növbəti təlim proqramına start verilib. Layihə “DOST to DOST” (D2D) layihəsi çərçivəsində, Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) tərəfdaşlığı, “Könüllü DOST” proqramının təşkilatçılığı ilə həyata keçirilir.

İlk gün könüllülər üçün DƏMX-in əməkdaşı Mehman Abdullayev tərəfindən “Əmək müqaviləsinin mahiyyəti və işə qəbul zamanı diqqət yetirilməli məqamlar” mövzusunda təlim təşkil olunub.

Proqram çərçivəsində könüllülərə “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatlar. Analığın mühafizəsi”, “Məzuniyyət hüququ və onun təmin edilməsi”, “Əmək münasibətləri sahəsində risklərin idarə edilməsi”, “Əməyin mühafizəsi nədir və nə üçün lazımlıdır?” mövzularında interaktiv təlimlərin keçirilməsi planlaşdırılır.

Təlimlərin yekununda əməyin mühafizəsi və təhlükəsizliyinin təmini sahəsində bir nümunəvi işəgötürənin info-turda iştirakı da nəzərdə tutulur.

Qeyd edək ki, “DOST to DOST” təlim proqramının həyata keçirilməsində əsas məqsəd gənclərin fərdi inkişafına dəstək olmaq, həmçinin onların asudə vaxtlarının səmərəli təşkil olunmasını təmin etməkdir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı