Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Fond Birjasında BOKT “Falcon Finance” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Bakı Fond Birjasında BOKT “Falcon Finance” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

13 aprel 2023-cü il tarixində Bakı Fond Birjasında BOKT “Falcon Finance” MMC-nin tədavül müddəti 1 təqvim ili, nominal dəyəri 1,000 manat olan AZ2001025322 dövlət qeydiyyat nömrəli, 700,000 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 9 investor tərəfindən qiyməti 1,000 manat olan 9 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 14%, faiz ödəniş dövrü isə hər 30 təqvim günündən bir təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 700,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 700,000 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “PSG-Kapital İnvestisiya Şirkəti” ASC-dir.

Related posts

“Brent” 100 dolların üzərində rəqs edir: Danışıqlar dalana dirəndi, Hörmüz boğazında gəmilərin yolu hələ də bağlıdır!

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (22.04.2026)

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (10.04.2026)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı