Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalı fəaliyyətə başlayıb - BBN

Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalı fəaliyyətə başlayıb

Bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da COVID-19 pandemiyası səbəbindən elan edilmiş karantin rejiminin tətbiqi nəticəsində elektron ticarət geniş vüsət almışdır. Belə bir dövrdə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların balansındakı birbaşa satışı nəzərdə tutulan daşınar əmlakların satışını sürətli şəkildə təmin etmək məqsədilə ərsəyə gətirilən Elektron Auksion Portalı (https://auction.adif.az) artıq vətəndaşların istifadəsinə verilib.

Portaldan istənilən fiziki və hüquqi şəxs müvafiq qaydalara uyğun olaraq qeydiyyatdan keçərək istifadə edə bilər. Qeydiyyatdan keçmiş hər bir şəxs auksionda iştirak etməklə və ya auksiona qatılmadan məhsul üçün təyin olunmuş məbləği dərhal ödəməklə seçilmiş əmlakı əldə edə bilər. Elektron auksionda iştirakın şərtləri və qaydaları platformada yerləşdirilib.

Qeyd edək ki, hərrac üçün nəzərdə tutulmuş yeni platformada müxtəlif kateqoriyalar üzrə məhsulları əldə etmək mümkündür. Bu kateqoriyalara bank avadanlıqları, mebel, məişət texnikası, İT və ofis avadanlıqları kimi məhsullar daxildir. İstər fiziki, istərsə də hüquqi şəxslər ədalətli qiymətlərlə vaxtlarına qənaət edərək heç bir yerə getmədən onlayn şəkildə ləğv prosesində olan bankların balansındakı birbaşa satışı nəzərdə tutulan daşınar əmlakları əldə edə bilərlər.

Əmanətlərin Sığortalanması Fondu bu yanaşmanı tətbiq etməklə həm ləğv prosesində olan bankların kreditorlar qarşısındakı öhdəliklərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsini sürətləndirəcək, həm də alıcıların zaman və məkan nöqteyi-nəzərindən rahatlığını təmin edəcək.

Nəzərinizə çatdırırıq ki, əlavə məlumat və ya yeniliklərdən xəbərdar olmaq üçün Elektron Auksion Portalının sosial media hesablarına nəzər yetirə bilərsiniz. Həmçinin Elektron Auksion Portalının veb saytında olan “chat” bölməsinə yazmaq və ya qaynar xətt nömrəsinə (+994555000941) zəng etmək mümkündür.

Related posts

Gürcüstanda yaşayan vətəndaşlarımızın nəzərinə!

“Azexport” portalı “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində iştirak edəcək

Birgə açıqlama: NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi avtorizasiya ilə bağlıdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı