Ərzaq sənayesinin gəlirləri rekorda çatıb

ABŞ-da müştərilərin daha çox ödəməsindən dolayı ərzaq sənayesinin gəlirləri rekorda çatıb. Son rəqəmlərə əsasən amerikalılar bazar günü, yəni aprelin 9-da qeyd edilən dünya xristianlarının milli bayramı “Pasxa”da ərzağa 7.3 milyard dollar xərcləyiblər.

BBN.az ABC News TV kanalına istinadən xəbər verir ki, ərzağın qiymətləri 2023-cü ilin fevralında bir öncəki ilin eyni dövrü ilə müqayisədə nə az, nə çox düz 10.2% yüksəlib. Bildirilir ki, ərzaq şirkəti “Conagra”nın gəlirləri 56% artıb, Kraft Heinz-in gəlirləri isə bir öncəki rüblə müqayisədə 450% artım göstərib.

Ekspertlər isə bildirirlər ki, ümumi inflyasiya rəqəmlərində enmə olsa da ərzağın qiymətləri yüksək qalmağa davam edəcək.

Related posts

ABŞ-nin Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə bağlı – Qərarı

OpenAI yeni “İdarə heyəti” yaradıb

Elon Musk Supercharger adlı şarj stansiyası şəbəkəsini genişləndirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı