VAKANSİYA: Jurnalist – İqtisadçı
📍 İş yeri: Bakı şəhəri, World Business Center
🕒 İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
📅 İstirahət günləri: Şənbə və Bazar
BBN.az – Biznes və Maliyyə Xəbərləri Portalı komandasına iqtisadi yönümlü jurnalist–iqtisadçı axtarır!
💼 İş barədə məlumat:
- İqtisadiyyat, maliyyə və bankçılıq sahəsində xəbərlərin, analitik məqalələrin və araşdırma materiallarının hazırlanması
- Müsahibələrin təşkili, müsahibə suallarının hazırlanması, müsahibələrin aparılması və yazılı material halına salınması
- Mövzu üzrə gündəmin daim izlənilməsi və operativ informasiyaların işlənməsi
- Redaksiya tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətli icrası
- Redaktə və mətn üzərində işləmə bacarığı, materialların üslub və dil qaydalarına uyğunlaşdırılması
- Jurnalistlər və media nümayəndələri ilə gündəlik əlaqələrin qurulması və əlaqələrin idarə olunması
- Media sorğularının cavablandırılması və münasibətlərin koordinasiyası
🔍 Namizədə tələblər:
- İqtisadiyyat, maliyyə və ya jurnalistika sahəsində ali təhsil
- İqtisadi və maliyyə yönümlü məqalələr yazmaq bacarığı
- Analitik düşüncə və informasiyanı aydın çatdırma qabiliyyəti
- Redaksiya qaydalarına uyğun işləmək, mətni dil və üslub baxımından təkmilləşdirmək bacarığı
- Kollektivlə işləmək və tez uyğunlaşmaq bacarığı
- Müsahibə götürmək və işləmək bacarığı
- Azərbaycan dilində sərbəst yazmaq, İngilis və Rus dillərini bilənlərə üstünlük verilir
- Media sahəsində maraq və peşəkarlığa meyl
- Müasir axtarış sistemləri, süni intellekt alətləri (məsələn, Google Chrome, ChatGPT və s.) ilə işləmə bacarığı
- Media monitorinqi aparmaq bacarığı və aktual mövzuların gündəmə gətirilməsi
📨 Müraciət üçün:
Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi vəzifə adı göstərilməklə redaktor@bbn.az email adresinə göndərə bilərsiniz.