Avropada inflyasiya yüksəlib

Avrozonada noyabr ayı üçün ortalama illik inflyasiya 5.2% olub. Qeyd edək ki, ötən ilin müvafiq ayında bu göstərici 0.2% olub. Avropa Birliyinə daxil olan ölkələr üçün isə noyabr ayının illik inflyasiya rəqəmi isə  oktyabr ayı ilə nisbətdə 0.8% artaraq 4.9% səviyyəsində qərarlaşıb. Bu barədə məlumat Avropa Birliyinin statistika ofisi “Eurostat” tərəfindən paylaşılıb.

Sözügedən dövr üçün ən yüksək illik inflyasiya göstəriciləri Litva (9.3%) və Estoniyada (8.6%), ən aşağı göstərici isə Maltada (2.4%) qeydə alınıb.

Bahalaşmanın ən çox qeydə alındığı sahələr isə müvafiq olaraq xidmət, alkoqol, tütün, yeyinti və energetika sektorları olub.

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı