Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
10,65 milyard manatlıq dövlət istiqrazları qeydiyyata alınıb - BBN

10,65 milyard manatlıq dövlət istiqrazları qeydiyyata alınıb

Mərkəzi Bank 2025-ci ilin yanvar-sentyabr ayları üzrə qiymətli kağızlar bazarının göstəricilərini açıqlayıb.

BBN.az xəbər verir ki, hesabat dövründə ölkədə 10 milyard 650 milyon manat dəyərində dövlət istiqrazları, 2 milyard 352 milyon 500 min manat dəyərində Mərkəzi Bankın notları, 1 milyard 181 milyon 800 min manat dəyərində səhmlər və 1 milyard 173 milyon 200 min manat dəyərində korporativ istiqrazlar dövlət qeydiyyatına alınıb.

Bu dövrdə Bakı Fond Birjasında keçirilən hərraclarda 3 milyard 131 milyon 900 min manatlıq dövlət istiqrazları, 1 milyard 200 milyon 800 min manatlıq korporativ istiqrazlar, 1 milyard 169 milyon 200 min manatlıq Mərkəzi Bankın notları və 192 milyon manatlıq səhmlər yerləşdirilib.

Hesabat dövründə tədavüldə olan qiymətli kağızların həcmi belə olub: 4 milyard 344 milyon 400 min manatlıq dövlət istiqrazları, 860 milyon 700 min manatlıq korporativ istiqrazlar, 93 milyon 900 min manatlıq səhmlər və 43 milyon 200 min manatlıq Mərkəzi Bankın notları.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında səhmlərin emissiyası 1 milyard 398 milyon 400 min manat, Mərkəzi Bankın notlarının emissiyası 2 milyard 610 milyon manat, dövlət istiqrazlarının emissiyası 7 milyard manat, korporativ istiqrazların emissiyası isə 1 milyard 594 milyon 800 min manat səviyyəsində olub.

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Azərbaycan Respublikasının Mərkəzi Bankı: Pul-kredit siyasəti inflyasiyanın hədəf diapazonunda saxlanılmasına yönəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı