
Mərkəzi Bank 2025-ci ilin yanvar-sentyabr ayları üzrə qiymətli kağızlar bazarının göstəricilərini açıqlayıb.
BBN.az xəbər verir ki, hesabat dövründə ölkədə 10 milyard 650 milyon manat dəyərində dövlət istiqrazları, 2 milyard 352 milyon 500 min manat dəyərində Mərkəzi Bankın notları, 1 milyard 181 milyon 800 min manat dəyərində səhmlər və 1 milyard 173 milyon 200 min manat dəyərində korporativ istiqrazlar dövlət qeydiyyatına alınıb.
Bu dövrdə Bakı Fond Birjasında keçirilən hərraclarda 3 milyard 131 milyon 900 min manatlıq dövlət istiqrazları, 1 milyard 200 milyon 800 min manatlıq korporativ istiqrazlar, 1 milyard 169 milyon 200 min manatlıq Mərkəzi Bankın notları və 192 milyon manatlıq səhmlər yerləşdirilib.
Hesabat dövründə tədavüldə olan qiymətli kağızların həcmi belə olub: 4 milyard 344 milyon 400 min manatlıq dövlət istiqrazları, 860 milyon 700 min manatlıq korporativ istiqrazlar, 93 milyon 900 min manatlıq səhmlər və 43 milyon 200 min manatlıq Mərkəzi Bankın notları.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında səhmlərin emissiyası 1 milyard 398 milyon 400 min manat, Mərkəzi Bankın notlarının emissiyası 2 milyard 610 milyon manat, dövlət istiqrazlarının emissiyası 7 milyard manat, korporativ istiqrazların emissiyası isə 1 milyard 594 milyon 800 min manat səviyyəsində olub.





