Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
11 ayda respublikada elektrik enerjisi istehsalı 0,8 % artıb - BBN

11 ayda respublikada elektrik enerjisi istehsalı 0,8 % artıb

2023-cü ilin yanvar-noyabr ayları üzrə operativ məlumatlara əsasən, 11 ayda respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 223,0 mln. kVt·st, yəni artaraq 26 487,5 mln. kVt·st olub.

Yanvar-noyabr ayları ərzində elektrik enerjisi istehsalı İES-lərdə 24 525,1 mln. kVt·st, SES-lərdə 1 636,5 mln. kVt·st, digər mənbələr üzrə isə 325,9 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 54,3 mln. kVt·st, günəş elektrik stansiyalarında 69,7 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 201,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 23 894,9 mln. kVt·st (İES-lərdə 22 363,3 mln. kVt·st, SES-lərdə 1 531,6 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 444,2 mln. kVt·st (İES-lərdə 295,5 mln. kVt·st, SES-lərdə 90,9 mln. kVt·st, Günəş ES-də 57,8 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 40,1 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 108,3 mln. kVt·st təşkil edib.

2023-cü ilin yanvar-noyabr ayları üzrə elektrik enerjisinin ixracı 2 752,7 mln. kVt·st, idxalı isə 200,8 mln. kVt·st olub.

Qeyd edək ki, 2023-cü ilin noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 453,4 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin idxalı 10,6 mln. kVt·st, ixrac isə 401,2 mln. kVt·st təşkil edib.

Related posts

Qızıl 4 gündür bahalaşır: Trampın “İran” açıqlaması bazarları hərəkətə gətirdi!

Azərbaycan iki ayda Aİ ölkələri ilə 2,8 milyard dollarlıq ticarət aparıb

Almaniyada inflyasiya yenidən artır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı