Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“AzerGold” QSC “Autizm dostu” mükafatına layiq görülüb - BBN

“AzerGold” QSC “Autizm dostu” mükafatına layiq görülüb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən “Autizm dostu” diplomuna layiq görülüb.

Mükafat səhmdar cəmiyyətə korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində ölkəmizdə autizmli uşaqların fərdi inkişafına verdiyi dəstəyə görə təqdim edilib.

Qeyd edək ki, “AzerGold” QSC 2022-ci ildən Heydər Əliyev Fondu və “Birgə və Sağlam” İctimai Birliyi ilə tərəfdaşlıq şəraitində Gəncə və ətraf rayonlarda autizmli uşaqların fərdi inkişafına dəstək məqsədilə sosial layihənin icrasına başlayıb. 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində Gəncə şəhərində regional Autizm Mərkəzi istifadəyə verilib. Mərkəzdə Gəncə şəhəri, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir və Tovuz rayonlarında yaşayan autizmli uşaqlara tam ödənişsiz resurs bərpa xidmətləri göstərilir.

Xatırladaq ki, “AzerGold” QSC dağ-mədən sahəsində aktiv fəaliyyəti ilə ölkəmizin iqtisadi inkişafına töhfə verməklə yanaşı, məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini daim diqqətdə saxlayır. Səhmdar Cəmiyyət fəaliyyət göstərdiyi Gəncə-Daşkəsən iqtisadi rayoununda ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq və s. istiqamətlər üzrə çoxsaylı layihələr icra edərək, vətəndaşların rifah halının gücləndirilməsi ilə bağlı dövlətin yürütdüyü siyasətə töhfələrini verməkdədir.

Related posts

Gürcüstan Azərbaycandan idxalı 25%-ə yaxın artırıb

STADİONDA “REKLAM DİKTATURASI”: DÜNYA ÇEMPİONATINDA SU FASİLƏSİ İQTİSADİYYATI!

BİTKOİNDƏ GÖZLƏNTİLİ SÜKUT, UNISWAP-DA İSƏ “RAKETA” EFFEKTİ!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı