Azərbaycanın ödənişlər sektoru ilə bağlı son vəziyyət – yeni hesabat

“Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı fevral ayının sonunda ötən aya nəzərən 166 min ədəd artaraq 13 milyon 654 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.4% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 16.9%, kredit kartları üzrə 28.7% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 118 min, kredit kartları 420 min, digər kartlar isə 1.5 mln. ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib”.

Bu haqda Azərbaycan Mərkəzi Bankının (AMB) fevral ayı statistik bülletenində bildirilib.

“Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə artıb. 2023-ci ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2877 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 2252 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 621 mln. manatı POS-terminallar, 2.9 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.

Fevral ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 50.9%-ni təşkil edib. Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin fevral ayının sonu ilə müqayisədə bankomatların sayı 2.7%, POS-terminalların sayı 25% artıb”, – deyə məlumatda deyilib.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı