13-14 mart tarixlərində istehlakçılara ödənişsiz hüquqi yardım göstəriləcək

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə 15 Mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar istehlakçılara ödənişsiz hüquqi yardım göstəriləcək.

Hüquqi yardım aksiyası 13-14 mart tarixlərində Respublikamızın 4 şəhərində – Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərində aşağıda qeyd olunan ünvanlarda həyata keçiriləcək:

  1. Bakı şəhəri üzrə: Saat: 10:00-13:00

Hökumət evi, Üzeyir Hacıbəyov küçəsi, 84, 1-ci qapı.

  • Sumqayıt şəhəri üzrə: Saat: 10:00-13:00

Sumqayıt şəhəri, Sülh küçəsi, 76. Dövlət Xidmətinin 2 saylı Regional bölməsinin binası (Sumqayıt Məhkəmə Kompleksinin yanı).

  • Şəki şəhəri üzrə: Saat: 10:00-13:00

Şəki şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, 156. (Azərbaycan Standartlaşdırma İnstitunun binası)

  • Gəncə şəhəri üzrə: Saat: 11:00-13:00

Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti, 98. (Azərbaycan Standartlaşdırma İnstitunun binası)

Xidmətdən istifadə etmək istəyən şəxslər aşağıdakı əlaqə vasitələrindən istifadə edərək qeydiyyatdan keçə bilərlər:

Əlaqələndirici şəxs: Araz Həsənli

Tel: 055-867-53-32

Email: araz.hasanli@competition.gov.az

Related posts

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayının pensiyaları ödənildi

Unibank biznes sahibləri üçün “Bahar endirimi” kampaniyası keçirir

Sabit internetə qoşulma sürəti artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı