Azərbaycanın yerli sığortaçıları Rusiya təcrübəsini öyrənir

Azərbaycan Sığortaçılar Assosiasiyası, İcbari Sığorta Bürosu və bir qrup sığorta şirkətinin təmsilçilərindən ibarət nümayəndə heyəti Rusiyanın paytaxtı Moskva şəhərində işgüzar səfərdədir.

BBN.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan sığortaçıları ilə Ümumrusiya Sığortaçılar Birliyi və Rusiya Avtomobil Sığortaçıları Birliyinin rəhbərliklərindən ibarət nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə yerli sığortaçılar sığortada vahid tənzimləmə və vahid qiymətləndirmə ilə bağlı Rusiya təcrübəsi ilə yaxından tanış olublar və bu təcrübənin yerli bazara uyğunlaşdırma imkanlarını araşdırıblar. Tərəflər, həmçinin iki ölkə arasında təcrübə mübadiləsinin yeni prioritetlərini də müzakirə ediblər.

Qeyd edək ki, yerli sığortaçıların Rusiyaya işgüzar səfəri iyulun 20-dək davam edəcək.

Müvafiq səfər Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Ümumrusiya Sığortaçılar Birliyi arasında 2021-ci ildə imzalanmış qarşılıqlı əməkdaşlığa dair Memorandum çərçivəsində təşkil olunub.

Related posts

ABA eksperti Eltəkin Rəhimli 60 illik yubileyi münasibətilə təbrik edilib

Qadın sahibkarlar üçün “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi bu il də davam etdirilir

Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib – Foto

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı