“142” Çağrı mərkəzi interaktiv səsli cavablandırma (IVR) xidmətinin təkmilləşdirilməsi ilə daha çox vətəndaşa xidmət göstərir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı mərkəzində interaktiv səsli cavablandırma (IVR) xidmətinin təkmilləşdirilməsi nəticəsində vətəndaşlar həm iş, həm də qeyri-iş vaxtlarında operatora bağlanmadan müəyyən anonslar vasitəsilə cari dövrü əhatə edən məlumatlarla tanış ola bilərlər.

Digər bir yenilik isə səsli menyu vasitəsilə vətəndaşlara müvafiq qanunvericiliklə bağlı məlumat almaq imkanının yaradılmasıdır.

Belə ki, IVR sisteminin yenidən qurulması ilə vətəndaşlar səsli menyu vasitəsilə ünvanlı dövlət sosial yardım, sosial müavinətlər və əmək pensiyaları istiqamətləri üzrə müraciət qaydaları barədə məlumatı dinləyə bilərlər.

Qeyd edək ki, IVR istifadəyə verildikdən sonra Çağrı mərkəzi tərəfindən təkcə iş vaxtlarında qəbul edilən müraciətlərin günlük ortalama sayı 31% artaraq 9,6 mini ötüb. Həmçinin qeyri-iş vaxtlarında gün ərzində orta hesabla 2,8 min müraciət IVR vasitəsilə qəbul edilib.

Related posts

Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 500-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Yanvar-iyul aylarında Nazirliyin fəaliyyət sahələri üzrə 223 mindən çox e-arayış verilib

Yanvar-iyul aylarında DSMF-nin xərcləri 14 faiz və ya 493 mln. manat artaraq 4 mlrd. manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı