“Azərpoçt” “Yay Olimpiya Oyunları 2024” adlı poçt markasını dövriyyəyə buraxıb

Paris şəhərində XXXIII Yay Olimpiya Oyunlarının açılışı münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərpoçt” MMC “Yay Olimpiya Oyunları 2024” adlı poçt markasını dövriyyəyə buraxıb.

BBN.az bu barədə Nazirliyin verdiyi məlumata əsasən xəbər veiri.

Markanın üzərində Yay Olimpiya Oyunlarına daxil olan idman növlərinin simvolları əks olunub. Tərtibatda istifadə olunan rəng çalarlarının Azərbaycan idmançılarının “Yay Olimpiya Oyunları 2024”də iştirakı üçün təqdim olunan vahid idman formasının rəng çalarlarına uyğun olmasına xüsusi diqqət yetirilib.

Poçt markasının üzərindəki təsvirlər rəssam-dizayner Orxan Qarayevə məxsusdur.

Marka ilə yanaşı, 200 ədəd “Birinci gün” zərfi də hazırlanıb.

Yay Olimpiya Oyunlarında iştirak edən bütün idmançılarımıza parlaq qələbə arzu edirik!

Related posts

“Mynumber.az”da istədiyin nömrəni “SİMA İmza” ilə sifariş et!

Azərbaycanda internetin qiyməti artdı

Dövlət Xidməti internet tariflərinin artımı ilə əlaqədar araşdırmalara başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı