Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda banklardakı əmanətlərin 66 faizi manatladır - BBN

Azərbaycanda banklardakı əmanətlərin 66 faizi manatladır

Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 11,2 faiz artaraq 2024-cü il iyul ayının 1-nə milli valyuta ekvivalentində 14 milyard 180,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 66,1 faizi milli, 33,9 faizi xarici valyutada qoyulub, xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 15,9 faiz artıb.

İyul ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,84 (1,84) manata, 100 türk lirəsinə 5,16 (5,34) manata, 100 rus rubluna 1,94 (1,88) manata bərabər olub.

Related posts

Ziraat Bank Azərbaycan Sumqayıt Bulvar Residence layihəsi üzrə partnyor daşınmaz əmlak krediti kreditini təqdim edir

Xalq Bankda yeni müşavirlər təyin edildi

Unibank jurnalistlər üçün təlim təşkil edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı