Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan bu il 6 mlrd. kubmetr qaz ixrac edib - BBN

Azərbaycan bu il 6 mlrd. kubmetr qaz ixrac edib

Bu ilin 1-ci rübündə Azərbaycanda neft-kondensat hasilatı 6,9 mln. ton, ixraca nəql edilən həcmlər isə 5,7 mln. ton olub.

BBN.az  xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Bu ilin 1-ci rübündə operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 6,9 mln. ton, ixraca nəql edilən həcmlər isə 5,7 mln. ton olub. Ötən ay 12,6 mlrd. kubmetr qaz hasil edilib. 6 mlrd. kubmetr qaz isə ixrac olunub”, – paylaşımda qeyd olunub.

Məlumata görə, yanvar-mart aylarında təxminən Avropaya 3 mlrd. kubmetr, Türkiyəyə 2,3 mlrd. kubmetr, Gürcüstana isə 0,7 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 1,4 mlrd. kubmetr qaz nəql edilib.

Related posts

Qazaxıstan Azərbaycan və Özbəkistanla “yaşıl enerji” sahəsində sazişi təsdiqləyib

SOCAR-ın Müşahidə Şurasının tərkibi dəyişdirildi

“AzerGold” Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş gümüş sikkə buraxır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı