Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“AzerGold” Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş gümüş sikkə buraxır - BBN

“AzerGold” Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş gümüş sikkə buraxır

“AzerGold” QSC Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin zəngin irsinə həsr olunmuş gümüş xatirə sikkəsinin istehsalına start verib.

Məlumata görə, yeni məhsulun yaxın günlərdə ictimaiyyətə təqdim olunması planlaşdırılır. Xüsusi buraxılış “Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanıb və dahi memarın 900 illik yubileyinə həsr olunub.

Bildirilib ki, sikkə üzərində Əcəmi Naxçıvaninin və onun davamçılarının ərsəyə gətirdiyi tarixi memarlıq nümunələri təsvir olunub. Məhsul innovativ “smartminting” texnologiyası ilə hazırlanıb ki, bu da sikkədə ultra yüksək relyef, incə detallı dizayn elementləri və çoxölçülü vizual effektlərin əldə olunmasına imkan yaradır.

Qeyd olunub ki, bu texnologiya klassik zərb üsullarından fərqli olaraq daha dərin bədii ifadə, yüksək dəqiqlik və unikal estetik görünüş təmin edir.

Layihənin əsas məqsədi Azərbaycanın zəngin memarlıq irsini təbliğ etmək, milli-mədəni dəyərləri geniş auditoriyaya çatdırmaq və görkəmli memarın xatirəsini yaşatmaqdır. Yeni sikkə limitli sayda istehsal olunacaq və həm kolleksiyaçılar, həm də mədəni irsə maraq göstərən alıcılar üçün nəzərdə tutulub.

Xatırladaq ki, “AzerGold” QSC bundan əvvəl də tarixi-mədəni irsin təşviqinə yönəlmiş “Qarabağ inciləri”, “Şuşa”, “Bakı”, “İçərişəhər”, “Qobustan” və “Naxçıvan” kolleksiyalarını təqdim edib. Yeni sikkə də bu ənənəni davam etdirərək Azərbaycanın mədəni irsinin yerli və beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcək.

Related posts

Dünya Bankı ilə “Yaşana bilən Bakı” layihəsi üzrə növbəti mərhələ müzakirə edilib

Azərbaycan və Qazaxıstan sosial sığorta sahəsində əməkdaşlığı gücləndirir

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı