Trampın İranla bağlı açıqlamaları neftin qiymətlərini kəskin ucuzlaşdırdı

Donald Trampın İranla bağlı açıqlamaları fonunda dünya bazarlarında neftin qiymətlərində kəskin ucuzlaşma qeydə alınıb.

Londonun ICE Futures birjasında Bakı vaxtı ilə saat 09:16-ya “Brent” markalı neftin mart fyuçersləri 2,15 ABŞ dolları (3,23 %) ucuzlaşaraq 1 barel üçün 64,37 ABŞ dolları səviyyəsində formalaşıb. Qeyd edək ki, əvvəlki ticarət sessiyasında “Brent” 1,05 ABŞ dolları (1,6 %) bahalaşaraq 66,52 ABŞ dollarına yüksəlmişdi.

Eyni zamanda, Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin fevral fyuçersləri 2,03 ABŞ dolları (3,27 %) azalaraq 1 barel üçün 59,99 ABŞ dolları təşkil edib. Əvvəlki sessiyada isə müqavilənin dəyəri 0,87 ABŞ dolları (1,42 %) artaraq 62,02 ABŞ dollarına çatmışdı.

Related posts

Neft qiymətləri müsbət texniki siqnallar göstərir – Analiz

Neft qiymətləri 5% civarında düşüb – Trump-ın İranlə bağlı açıqlaması təsir edib

“Azeri Light” neftinin qiyməti 71,71 dollara enib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı