Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dövlət qurumlarında təcrübə keçən tələbə və könüllülərin icbari sığorta qaydası dəyişir - BBN

Dövlət qurumlarında təcrübə keçən tələbə və könüllülərin icbari sığorta qaydası dəyişir

Dövlət qurumlarında istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin, eləcə də könüllülərin icbari sığortası ilə bağlı yeni qaydalar təklif olunur.

Məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, dövlət qurumlarında fəaliyyət göstərən könüllülər üzrə icbari sığorta haqqı onlarla bağlanmış müqavilənin qüvvəyə mindiyi tarixdən, istehsalat təcrübəsi və ya təlim keçən tələbə və şagirdlər üzrə isə təcrübənin başlandığı tarixdən etibarən 15 iş günü ərzində ödənilməlidir.

Hazırkı qanunvericiliyə əsasən, dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə mülkiyyətində olan, yaxud nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus hüquqi şəxslərdə, eləcə də publik hüquqi şəxslər və büdcə təşkilatlarında çalışan şəxslərlə yanaşı, istehsalat təcrübəsi keçən tələbə və şagirdlər, həmçinin könüllülər də icbari sığorta ilə təmin olunurlar.

Təklif edilən dəyişiklik sığorta haqlarının ödənilmə müddətini dəqiq müəyyənləşdirməklə bu şəxslərin sığorta təminatının vaxtında rəsmiləşdirilməsini hədəfləyir.

Related posts

“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib

İcbari sığorta ödənişlərinin hesablanma qaydası dəyişir

Bu günün valyuta məzənnələri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı