Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2 trilyon dollarlıq kriptovalyuta bazarı ticarətin mənzərəsini dəyişib - BBN

2 trilyon dollarlıq kriptovalyuta bazarı ticarətin mənzərəsini dəyişib

2023-cü ildə qlobal kriptovalyuta bazarının həcmi 2 trilyon dollara çatmışdır. Zamanla kripto bazarına daxil olan rəqəmsal valyutaların da sayı artmaqdadır. Belə rəqəmsal pullar isə ticarətdə tranzaksiya və ödəniş xərclərini azaltmaq vədini verir. Eyni zamanda ödənişlər daha tez başa gəlir ki, bu da qlobal biznesin marağına səbəb olmaqdadır.  

BBN.az fintechnews.org-a istinadən xəbər verir ki, ancaq bazarın üstünlükləri ilə yanaşı, daha dayanıqlı artım üçün tənzimlənməyə də ehtiyacı var. Sektorun aparıcı kriptosu Bitcoin hesab edilir və bazarın öncüllərindədir. Onu isə Ethereum kimi kripto və digər alt coin-lər izləyir. 

Cənubi Koreya, Yaponiya kimi Asiya ölkələri, eyni zamanda ABŞ və Böyük Britaniya kimi Qərb dövlətləri artıq kritovalyutanı özlərinin iqtisadiyyatlarına cəlb ediblər. Həmçinin bu gün bankçılıq sisteminin limitli olduğu inkişaf etməkdə olan ölkələr üçün də iqtisadi inkişafa təkan üçün əsas alətlərdən biri hesab edilir. Fintechnews-dan qeyd edirlər ki, bazarın üstünlükləri göz qarşısındadır, ancaq dövlət və özəl sektorun üzərinə düşən isə kripto bazarından baş çıxarmaq üçün təlim və treyniqlərə daha çox investisiya ayırmaqdan keçir.

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı