Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib - BBN

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

9 aprel 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndə heyəti Bank of Japan ilə rəqəmsal maliyyə texnologiyalarının və innovativ ödəniş alətlərinin inkişafına həsr olunmuş iki işgüzar görüşdə iştirak edib.

Görüşlər çərçivəsində müasir Yaponiyada rəqəmsal aktivlər, CBDC, müasir ödəniş alətləri, maliyyə texnologiyaları, rəqəmsal ödəniş həlləri və innovativ yanaşmalar ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, bu texnologiyaların ödəniş sistemlərinə inteqrasiyası və potensial iqtisadi təsirləri müzakirə olunub.

Günün növbəti görüşü Yaponiyanın ödəniş sistemləri və QR əsaslı ödəniş həllərinə həsr olunub. Təqdimat zamanı ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişaf istiqamətləri, digər ölkələrin ödəniş sistemləri ilə əlaqələrin qurulması üzrə təcrübə, müasir ödəniş infrastrukturu və QR texnologiyalarının tətbiqi sahəsində qabaqcıl yanaşmalar təqdim edilib.

Related posts

Mərkəzi Bank innovativ maliyyə məhsullarının sınağı üçün müraciət qəbuluna başlayıb

Özbəkistanda sığorta sektorunun ÜDM-də payı Azərbaycandan aşağıdır

Azərbaycan bank sektorunun aktivləri 59,2 milyard manata yüksəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı