200-ə yaxın qurum AzInTelecom MMC-nin bulud xidmətlərini əldə edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki AzInTelecom MMC 2016-cı ildən bulud xidmətləri göstərməyə başlayıb. Həmin il Bakıda əsas Data Mərkəzi istifadəyə verilib.

2019-cu ildə yaradılan “Hökumət Buludu” layihəsi çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin AzInTelecom-a məxsus Data Mərkəzində yerləşdirilməsinə başlanılıb.

2022-ci ildə Yevlaxda ehtiyat Data Mərkəzi istifadəyə verilib. 2023-cü ildə 40-dan çox qurum AzInTelecom-un bulud xidmətlərini əldə edib.

Ümumilikdə 2016-cı ildən bu günə kimi 200-ə yaxın qurum bulud xidmətlərimizə qoşulub ki, onların 100-dən çoxu “Hökümət Buludu”na miqrasiya edən dövlət qurumlarıdır.

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Smartfon bazarı süni intellektin təsiri ilə 6 faiz böyüdü

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı