2022 bitkoinin qiyməti üçün çətin bir il olub və analitiklər güman edirlər ki, 2023-cü il adıçəkilən rəqəmsal valyutanın dəyəri üçün pozitiv bir il olacaq.
BBN.az xəbər verir ki, bu haqda həmtəsisçi, rəhbər, bazar üzrə ekspert Alvin Foo özünün LinkedIn platformasında yazıb.
Onun sözlərinə əsasən 2011-2013-cü ildə rəqəmsal valyutanın qiyməti artıb, 2014-cü ildə bitkoinin dəyəri azalıb. 2015-2017-də isə qiymətdə sadəcə artım nümayiş edilib. 2018-ci ildə qiymət 2014-cü ildəki kimi enib. 2019-2021-ci il də bitkoinin dəyəri üçün uğurlu illər olub. 2022 yazının əvvəlində də qeyd etdiyimiz kimi adıçəkilən rəqəmsal valyutanın qiyməti üçün çətin il olub.
Alvin Foo-nun təxminlərinə görə bitkoinin qiymətinin illər üzrə dəyişməsinə əsasən belə nəticəyə gəlmək olar ki, 2023-cü ildə qiymətdə artım olacaq.
Qeyd edək ki, Yahoo Finance-də yer alan məlumata görə ötən ilin noyabrında bitkoin-in qiyməti son 2 ildə ən aşağı səviyyəyə endi və 15.682 dollara ticarət edilirdi. Bu isə kriptodəyişdirmə şirkəti FTX-nin müflisliyini elan etməsi və 2 həftədən sonra isə eyni aqibəti BlockFi-nin izləməsi olmuşdu. Bütün bunlar rəqəmsal valyutanın qiymətinə mənfi təsir etməklə, sektora olan inamı “öldürdü”. Hazırda isə bitkoinin dəyəri 22.710 dollara ticarət etməkdədir. Təkcə yanvarda bitkoinin qiyməti 25%-dən çox artıb.