2021-2022-ci illər üzrə özünüməşğulluq proqramı Naxçıvan Muxtar Respublikasında uğurla başa çatmışdır

15 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan MR İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.

Memorandum çərçivəsində regionda 2022-ci ildə aztəminatlı və həssas əhali qrupundan olan 50 nəfər özünüməşğulluq proqramına cəlb edilib. Proqrama daxil olan kənd təssərrüfatı, istehsal xidməti, daşıma xidməti və s. sahələrə uyğun zərflər toplusuna aid aktivlər MR-in müxtəlif regionlarında yaşayan vətəndaşlara təqdim edilib. Proqrama cəlb edilən vətəndaşlar arasında şəhid ailəsi, müharibə əlili, müharibə veteranı və s. qruplar üstünlük təşkil edir.

MR üzrə Proqrama ümumilikdə ABA üzvü olan 6 bank: Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Rabitəbank, Bank Respublika, Naxçıvanbank və Azər Türk Bank qoşularaq zəruri dəstəklərini göstərib.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı