2021-ci əldə Moskva birjasında ən çox qazanan və itirən səhmlər – RENKİNQ

Rusiya Federasiyası mərkəzli şirkətlər artıq yerli bazar ilə yanaşı, beynəlxalq arenada da nüfuz qazanmağa davam edirlər. Bu isə, Moskva birjasında (MOEX) rus şirkətlərinin səhmlərinə marağın artmasına və nəticə etibarilə qiymətlərin volatilliyinə gətirib çıxarır.

Maliyyə bazarları infrastrukturu və analitikası sahəsində fəaliyyət göstərən “Refinitiv” şirkəti tərəfindən aparılan araşdırmalara əsasən, 2021-ci ildə MOEX birjası 21.8% böyüyərək, 5952.8 bənddən 7250 bəndə yüksəlib. Birjanın ən yaxşı 10 səhminin ortalama gəlirlilik səviyyəsi 192.8% səviyyəsində qərarlaşıb.

2021-ci ildə səhmdarlarına ən çox gəlir gətirən rus şirkəti inşaat sektorunda fəaliyyət göstərən “Самолет ГК” olub. İl ərzində ümumilikdə 414.8% gəlir qazandıran şirkətin gəlirinin 406.26%-i səhm dəyərinin artımı, 8.56%-i isə dividend əsaslı gəlirdir. Dağ-mədən sənayesində fəaliyyət göstərən “Мечел” şirkəti 2021-ci ildə 308.46% gəlirlilik əldə edib. Siyahıda üçüncü yerdə qərarlaşan “Распадская” kömür hasilatı şirkəti isə, 18.4% dividend gəliri ilə ümumilikdə 219.7%-lik artıma nail olub.

Digər tərəfdən isə, birjanın ən zəif 10 iştirakçısına nəzər saldıqda, ortalama gəlirlilik səviyyəsində 33.6%-lik geriləmə müşahidə etmək olar. Sosial media şəbəkəsinə malik internet nəhəngi “VK Company” səhmləri 2021-ci ildə 56% geriləyib. London mərkəzli qızıl mədəni şirkəti “Петропавловск” səhmlərində 38.1%-lik azalma müşahidə edib. Elektrik enerjisinin istehsalı və təminatı ilə məşğul olan “Россети” şirkəti səhmdarları dividend ödənişlərindən 1.4%-lik gəlir əldə etsə də, səhm dəyərinin 36.6% azalması mənfi təsir göstərib.

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı