“2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinə dair müzakirələr aparılıb

“Yaşıl enerji məkanı” üzrə alt İşçi Qrupunun videokonfrans formatında yeddinci iclası keçirilib.

Alt İşçi Qrupun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə baş tutmuş iclasda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsasında hazırlanmış “2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin “Yaşıl enerji məkanı”na dair hissəsi, o cümlədən alt məqsədlər, fəaliyyət istiqamətləri və hədəflər müzakirə olunub.

Qeyd edək ki, alt İşçi Qrupda Energetika Nazirliyi ilə yanaşı İqtisadiyyat, Maliyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri təmsil olunur.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı