2022-ci ildə AMB valyuta aktivlərinin idarə olunmasından 42 milyon ABŞ dollara yaxın zərər edib

Qlobal maliyyə bazarlarında müşahidə olunan əlverişsiz mühit Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının idarə edilməsinin nəticələrinə də təsirsiz ötüşməyib.

Bu barədə AMB-nın 2022-ci il üzrə illik hesabatında məlumat verilib.

Belə ki, aparıcı mərkəzi bankların siyasət faiz dərəcələrini kəskin artırması fonunda qlobal borc qiymətli kağızların bütün seqmentləri üzrə qiymətlər düşüb. Yüksələn bazar faiz dərəcələri Mərkəzi Bankın investisiya portfelinin əhəmiyyətli hissəsini təşkil edən qısamüddətli maliyyə alətlərinin daha yuxarı faizlə yenidən investisiyasına imkan yaratmaqla faiz gəlirlərini artırsa da, nisbətən uzunmüddətli perspektiv üçün investisiya edilən risksiz və yüksək kredit keyfiyyətli borc qiymətli kağızları üzrə realizə olunmamış yenidənqiymətləndirmə zərərlərinin yaranmasına səbəb olub.

Nəticədə, 2022-ci ilin sonuna Mərkəzi Bankın valyuta aktivlərinin idarə edilməsindən xalis gəlirlər 41,8 mln. ABŞ dolları azalmaqla, gəlirlilik isə – 0.53% təşkil edib. 2021-ci ildə valyuta ehtiyatlarının idarə olunmasından 7,2 milyon ABŞ dolları gəlir əldə etmişdi.

Hesabatda bildirilir ki, yüksələn bazar faiz dərəcələri növbəti illərdə Mərkəzi Bankın valyuta aktivlərinin idarə edilməsindən əldə olunacaq gəlirlərin əhəmiyyətli artırılmasına imkan verəcək. Ötən il Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 1.9 mlrd. ABŞ dolları və ya 27% artaraq 9 mlrd. ABŞ dolları təşkil edib. Daxili bazardan valyuta alışları valyuta ehtiyatlarına artırıcı, əsasən məzənnə fərqi isə azaldıcı təsir göstərib.

Related posts

Aprel-May-İyun aylarında ABA tərəfindən keçirilmiş tədbirlər – AYLIQ İCMAL

“İxrac icmalı”nın mart sayı açıqlanıb

Yanvar-Mart aylarında ABA tərəfindən keçirilmiş tədbirlər – AYLIQ İCMAL

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı