2022-ci ildə Energetika Nazirliyinin Çağrı Mərkəzinə 4248 müraciət daxil olub

2022-ci il ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 4248 zəng qəbul edilib.

Bunlardan 3625-ni elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 194-nü təşəkkür xarakterli, 429-nu isə digər məsələlərlə bağlı müraciətlər təşkil edib.

İl ərzində daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir. “Çağrı Mərkəzi”nin xidmətlərindən istifadə etmək üçün vətəndaşlar Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan “012 974” nömrəsini yığmaqla zəng edə bilərlər.

Related posts

İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Ukraynanın Azərbaycandakı səfiri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Qanunvericiliyə edilən dəyişikliklər mobillik sahəsində effektiv tənzimlənmənin tətbiqinə şərait yaradır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı