2022-ci ilin on bir ayında Azərbaycanın strateji valyuta ehtiyatları 12,3% artıb

Cari ilin on bir ayında Azərbaycanın strateji valyuta ehtiyatları 12,3% və ya 6,5 milyard ABŞ dolları artaraq 59,8 milyard dollara çatıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Ümumilikdə, 2022 ilin 11 ayında tədiyə balansının əsas komponenti olan xarici ticarət balansında 23,5 milyard ABŞ dolları məbləğində və ya ötən ilin müvafiq dövrünə nəzərən 2,5 dəfə çox müsbət saldo yaranıb. Bu ilin 9 ayında tədiyə balansının cari əməliyyatlar hesabında Ümumi Daxili Məhsulun (ÜDM) 30,7% səviyyəsində profisit yaranıb. Sonrakı aylarda da xarici sektorda müsbət proseslər davam edib.

Related posts

“AzerGold” QSC tərəfindən Daşkəsəndə növbəti vətəndaş qəbulu keçirilib

Aqrar sığorta mexanizmi – üçüncü şəxslərin hərəkətlərindən dəyən zərərə görə sığorta müqaviləsi bağlayın!

ARDNF 2024-cü ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətini açıqladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı