2023-cü ildə Çinin iqtisadiyyatı 2019-cu ildəkinə oxşamayacaq

Çinin 2019-cu ildəki iqtisadiyyatı 2023-cü ildəkinə oxşamayacaq. Rəsmi Pekinin koronavirus siyasəti və onun gətirdiyi mənfi iqtisadi nəticələrdən dolayı daşınmaz əmlak bazarı enib. Son ayda isə Pekin etirazlardan sonra qapanmalar ilə bağlı qəfil yumşaldılma qərarı qəbul etmişdir. Nəticədə son 18 ayda ilk dəfə iqtisadi inkişaf üçün zəmin yaranmışdı.

İqtisadçılar isə bu fikirdədirlər ki, Çinin iqtisadi inkişafı onların 3 il bundan öncə etdiklərinə oxşamayacaq. Çinin investisiya bankı CICC-nin təxminlərinə əsasən növbəti 5 ildə rəqəmsal iqtisadiyyata investisiya 77.9 trilyon yuana, yaxud 11.13 trilyon dollara çata bilər.

Belə ki, CICC-nin ötən ay çıxan 2023-cü il ilə bağlı proqnozunda deyilib ki, Çinin inkişaf modeli daha çox asılı olduğu daşınmaz əmlak və infrastrukturdan fərqli olaraq rəqəmsal və yaşıl iqtisadiyyata dəyişəcək. Hesabatda deyilib ki, 2021 və 2022-ci il investisiyalarda ən böyük paya daşınmaz əmlak sahib olub.

Related posts

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3,1 milyard dollara çatıb

Azərbaycan “2024 Korea Import Fair” sərgisində təmsil olunub

Kyrgyzstan and Kazakhstan: Strengthening Partnership in the Implementation of Modern Technologies and Development of Innovations – Photos

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı