Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2023-cü ildə “Kənddən şəhərə” və Bal yarmarkalarında 52 bölgədən 410 fermer məhsul satışa çıxarıb - BBN

2023-cü ildə “Kənddən şəhərə” və Bal yarmarkalarında 52 bölgədən 410 fermer məhsul satışa çıxarıb

2023-cü ildə paytaxtda təşkil olunan “Kənddən şəhərə” və Arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkalarında 52 bölgədən 410 fermer məhsul satışa çıxarıb. Yarmarkalarda fermerlər tərəfindən alıcılara 100-dən artıq çeşiddə kənd təsərrüfatı məhsulu təqdim olunub, ümumilikdə 298.5 ton məhsulun satışı həyata keçirilib.

Kiçik və orta fermer təsərrüfat sahibləri ilə yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan 2-i kooperativ olmaqla 4 hüquqi şəxsin yarmarkada iştirakı təmin edilib.

Yarmarkaların təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir.

Yarmarkada iştirak edən fermerlər ödənişsiz olaraq piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunurlar.

“Kənddən Şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Arıçılıq məhsullarının Respublika Sərgi-Satış Yarmarkalarında iştirak üçün fermerlərin Elekron Kənd Təsərrüfatı İnformasiya Sistemində şəxsi kabineti olmalı və müəyyən edilmiş tarixdə qeydiyyatdan keçməlidirlər.

Related posts

ABŞ istehlakı zəifləyir – Qlobal bazarlarda rallinin sürəti azaldı, yen güclənir

Azərbaycanda investisiya ilə bağlı yenilik

Qlobal iqtisadi yavaşlama fonunda Mərkəzi Asiya ölkələri sürətlə böyüyür

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı