Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Moody’s: Yeni nəzarət strategiyası Azərbaycanda bank sektorunu gücləndirəcək - BBN

Moody’s: Yeni nəzarət strategiyası Azərbaycanda bank sektorunu gücləndirəcək

FILE PHOTO: Signage is seen outside the Moody's Corporation headquarters in Manhattan, New York, U.S., November 12, 2021. REUTERS/Andrew Kelly/File Photo

Azərbaycan Mərkəzi Bankının (AMB) 2026–2027-ci illər üçün təsdiqlədiyi Bank Nəzarəti Strategiyası bank sektorunda tətbiq olunan risk əsaslı nəzarət modelini daha da genişləndirəcək.

BBN.az bu barədə Moody’s Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib.

Qeyd edilib ki, bu model Dünya Bankı tərəfindən dəstəklənən Maliyyə Sektorunun Modernləşdirilməsi layihəsi çərçivəsində hazırlanıb və bank nəzarətinin beynəlxalq standartlara, o cümlədən Basel III prinsiplərinə daha çox uyğunlaşdırılmasını nəzərdə tutur.

Analitiklərin fikrincə, yeni strategiya bankların risk idarəetmə imkanlarını gücləndirəcək, kapital və likvidlik planlaşdırmasını yaxşılaşdıracaq və maliyyə sisteminin makroiqtisadi şoklara qarşı dayanıqlığını artıracaq. Strategiya həmçinin bankların biznes modellərinin davamlılığını və korporativ idarəetmə sistemini gücləndirməyə kömək edəcək.

Yeni nəzarət çərçivəsində banklardan Daxili Kapital Yetərliliyi Qiymətləndirmə Prosesi (ICAAP) və Daxili Likvidlik Yetərliliyi Qiymətləndirmə Prosesi (ILAAP) kimi mexanizmlərin tətbiqi tələb olunacaq. Bu yanaşma bankların stress ssenariləri zamanı kapital və likvidlik ehtiyatlarını daha real qiymətləndirməsinə imkan verəcək.

Moody’s bildirir ki, yeni nəzarət standartları bank sektorunda aktivlərin keyfiyyətinə nəzarəti, likvidlik idarəetməsini və gəlirliliyi yaxşılaşdıracaq.

Vurğulanıb ki, dəyişikliklər bəzi banklar üçün daha nəzərəçarpacaq olacaq. Xüsusilə mümkün zərərləri qarşılamaq üçün kapital ehtiyatı daha məhdud olan və ya aktivlərin keyfiyyəti nisbətən zəif olan banklarda risk idarəetməsinin gücləndirilməsi daha əhəmiyyətli nəticə verə bilər. “Moody’s”in qiymətləndirməsinə görə, “Kapital Bank”, “Xalq Bank” və “Bank Respublika”da bəzi göstəricilər sektor üzrə digər banklarla müqayisədə daha həssasdır:

“Məsələn, “Xalq Bank”da problem kreditlərin payı nisbətən yüksəkdir, “Kapital Bank” və “Bank Respublika”da isə mümkün zərərləri qarşılamaq üçün kapital ehtiyatı bəzi digər banklarla müqayisədə daha aşağıdır”.

Moody’s hesab edir ki, yeni nəzarət mexanizmləri bu banklarda risklərin idarə edilməsinin daha da güclənməsinə kömək edə bilər.

Related posts

İstiqraz bazarı FED-ə “sərt” mesaj göndərir: Faiz dərəcələri inflyasiyanı cilovlamaq üçün kifayət deyil

Yaponiyanın Mərkəzi Bankı Yaxın Şərq riskləri ilə bağlı “ehtiyatlı” kurs seçib: Faiz artımları davam edəcək, lakin zamanlama qeyri-müəyyəndir

Uorşun Federal Ehtiyat Sisteminin (FED) sükanı arxasına keçməsi: İqtisadiyyatda “Tramp erası”nın yeni mərhələsi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı