Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Türkmənistan ilə ticarət dövriyyəsinin həcmi 710,39 mln. ABŞ dolları olmuşdur - BBN

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Türkmənistan ilə ticarət dövriyyəsinin həcmi 710,39 mln. ABŞ dolları olmuşdur

Noyabrın 28-də Aşqabad şəhərində “Azərbaycan Respublikası və Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya”nın 7-ci iclası çərçivəsində Türkmənistan – Azərbaycan Biznes Forumu keçirilib. Forumda Azərbaycandan 50 şirkət təmsil olunub. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərliyi ilə Konfederasiyanın üzvləri də Forumda iştirak ediblər.

Tədbirdə ölkələrimiz arasında iqtisadi, biznes əlaqələri, qarşılıqlı biznes imkanları müzakirə edilib. İş adamları arasında şəbəkələşmə nəticəsində birgə işbirlikləri müzakirə edilib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Türkmənistan ilə ticarət dövriyyəsinin həcmi 710,39 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 637,80 mln. ABŞ dolları, ixracın həcmi 72,59 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə mənfi 565,21 mln. ABŞ dolları olmuşdur.

2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkmənistan ilə ticarət dövriyyəsi 88,42 faiz, o cümlədən idxal 76,36 faiz artmış, ixrac isə 4,72 dəfə çox olmuşdur.

2023-cü ilin yanvar-oktyabr aylarında Türkmənistanın Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 1,63 faiz (13-cü yer), o cümlədən idxalda 4,50 faiz (5-ci yer), ixracda isə 0,25 faiz (26-cı yer) təşkil etmişdir.

İdxalda artımın əsas səbəbi kimi xam neft, təbii qaz, maye yanacaq və sair məhsulların idxalının artmasını göstərmək olar.

İxracda artım əsasən alüminiumdan məftil, tros və kabellər, pambıq lifi, şəkər və sair məhsulların ixracının artması hesabına olmuşdur.

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

Naxçıvanın iqtisadi potensialı və tətbiq edilən güzəştlərlə bağlı tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı