“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”na dair təqdimat təşkil olunub – Foto

25 aprel tarixində Mərkəzi Bankda iqtisadçı ekspertlər üçün “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”na dair təqdimat təşkil olunub.

İnteraktiv formada keçirilən təqdimat zamanı ekspərtlərə sektorlar üzrə prioritetləşdirilmiş strateji məqsədlər barədə ətraflı məlumat verilib. Həmçinin ekspertlərin Strategiyaya dair sualları cavablandırılıb.

Xatırladaq ki, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” ölkədə sığorta, kapital bazarları və ödəniş sistemlərinin inkişaf etdirilməsi, eləcə də bank sektorunun dayanıqlığının daha da gücləndirilməsi kimi prioritetləri əks etdirir. Maliyyə inklüzivliyinin genişləndirilməsi, maliyyə xidmətlərinin əhatəliliyinin artırılması və maliyyə alətlərinin şaxәlәndirilməsi, sektorda sәmәrәliliyin yüksəldilməsi, korporativ idarәetmәnin tətbiqi, habelə şәffaflıq və dayanıqlılığın gücləndirilməsi Strategiya çərçivəsində müəyyəşləşdirilmiş strateji məqsədlərdir.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Növbəti valyuta hərracı keçirilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı