2024-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,5 milyard manatlıq, o cümlədən 2,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,0 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2023-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 5,0 faiz artmışdır.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir,
milyon manat |
2023-cü ilin yanvar
ayına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 4 493,8 | 103,4 |
o cümlədən: | ||
ərzaq məhsulları | 2 241,2 | 102,6 |
içkilər və tütün məmulatları | 226,1 | 96,4 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar |
644,6 |
105,3 |
elektrik malları və mebellər | 205,6 | 104,2 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları |
56,3 |
130,9 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 106,2 | 88,4 |
avtomobil benzini və dizel yanacağı | 227,1 | 110,6 |
digər qeyri-ərzaq malları | 786,7 | 104,5 |
2024-cü ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,0 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
2024-cü ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsinin strukturu
Hesabat ayında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə real ifadədə 3,5 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil etmişdir.
2023-cü ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,6 faiz, fərdi sahibkarlar üzrə 4,2 faiz, bazar və yarmarkalarda 2,7 faiz artmışdır.