Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 39,2 mlrd. manatı ötüb - BBN

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 39,2 mlrd. manatı ötüb

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 39 milyard 185 milyon manat, xərcləri isə 38 milyard 605 milyon manat təşkil edib.

Bu barədə Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda qeyd olunub.

Hesabata əsasən, ötən il dövlət büdcəsinin gəlirləri proqnoz göstəricisindən 1,5% çox, xərcləri isə 7,4% az icra olunub.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanuna əsasən, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat məbləğində təsdiqlənib.

Related posts

DSMF sosial şəbəkələr üzərindən 11,8 mindən çox vətəndaş müraciətini cavablandırıb

“Kapital Bank”ın 50 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

SOCAR istiqraz sahiblərinə 19-cu dəfə faiz ödənişi edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı