Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2025-ci ildə Azərbaycanın qeyri-neft-qaz ixracı 3,6 mlrd. dollara çatıb - BBN

2025-ci ildə Azərbaycanın qeyri-neft-qaz ixracı 3,6 mlrd. dollara çatıb

2025-ci ildə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 2024-cü illə müqayisədə 8,5 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. BBN.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, son bir ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 18,4 % artaraq 1,2 milyard ABŞ dollarına yüksəlib.

Hesabat dövründə şəkərin ixrac dəyəri 57,4 %, meyvə-tərəvəzin ixrac dəyəri 27,4 %, alüminium və onlardan hazırlanan məmulatların ixracı 24,2 %, pambıq ipliyinin ixracı 19,3 %, kimya sənayesi məhsullarının ixracı 8 %, bitki və heyvan mənşəli piy-yağların ixracı isə 2 % artım göstərib.

İl ərzində aqrar məhsulların ixrac dəyəri 26,7 % artaraq 1 milyard ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 314,7 milyon ABŞ dolları olub. Ümumilikdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 18,9 % artaraq 1,3 milyard ABŞ dollarına çatıb.

Related posts

Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib

Azərbaycan və Misir biznes əməkdaşlığının genişləndirilməsini müzakirə edib

APPLE İSTİFADƏÇİLƏRİNƏ PİS XƏBƏR: QİYMƏTLƏR ARTIR!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı